Editor.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ölkənin nüvə doktrinasını yeniləmək qərarını şərh edən Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bu barədə məlumat verib. O vurğulayıb ki, ilk növbədə Ukraynadakı hərbi münaqişəyə son qoyulmalıdır. “Nə qədər ki, Şərqlə Qərb arasında sivil dialoq yoxdur, müharibə davam etdikcə geridönməz hadisələrin inkişafı riski davam edəcək. Sülhün bərqərar olması və Şərqlə Qərb arasında sivil şəkildə dialoqun bərpası bizi nəticələrdən xilas edə bilər”,- deyə o bildirib.
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç deyib ki, Putinin nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı bəyanatı BMT Baş Assambleyasında diqqət çəkib. Vladimir Putin bu yaxınlarda Rusiyanın nüvə silahından istifadə şərtlərini müəyyən etmək üçün bir sıra dəyişikliklər təklif edib. İndi təklif olunur ki, hər hansı qeyri-nüvə dövlətinin Rusiya Federasiyasına hücumu, ancaq nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə birgə hücum hesab edilsin.
//Gülnarə Abasova, Editor.az