Macarıstan Transkarpat macarlarına görə, heç bir məsələdə Ukraynanı dəstəkləməyəcək – Viktor Orbanbackend

Macarıstan Transkarpat macarlarına görə, heç bir məsələdə Ukraynanı dəstəkləməyəcək – Viktor Orban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Budapeşt Transkarpat macarlarının hüquqlarını təmin edən hüquqi normaları bərpa etməyənə qədər “beynəlxalq həyatda heç bir məsələdə Ukraynanı dəstəkləməyəcək”.

Editor.az bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban parlamentin payız sessiyasının açılışında deyib. Onun sözlərinə görə, bir neçə ildir ki, Ukrayna ərazisində macar məktəbləri “aşağılanır”. “Ukrayna bir neçə ildir ki, macar məktəblərini sıxışdırır, onları Ukrayna məktəblərinə çevirmək və ya bu, alınmasa, bağlamaq istəyir.

Macarıstan hökuməti hər bir beynəlxalq forumda Transkarpat macarlarının, xüsusən də uşaqların hüquqları uğrunda mübarizə aparır”, – Orban bildirib. Nümunə kimi o, Ukraynanın Mukçaevo şəhərinin təhsil müəssisəsində Macarıstan himninin oxunmasını və macar milli rənglərində paltar geyinməyi qadağan edən məktəbin rəhbərliyini misal göstərib.

Qeyd edək ki, Transkarpat macarları Ukrayna ərazisində yaşayan milli azlıqlardan biridir. Onların əksəriyyəti Ukrayna SSR ərazisində anadan olub və Macarıstana bitişik Transkarpat bölgəsində yaşayırlar.

//Samir Qurbanov, Editor.az