Macarıstan Türkiyəyə daha 105 ton tibbi ləvazimat göndəribbackend

Macarıstan Türkiyəyə daha 105 ton tibbi ləvazimat göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan xarici işlər naziri Peter Siyarto Nazirlər Şurasının iclasında çıxışı zamanı təbii fəlakəti narahatlıqla izlədiklərini və Türkiyəyə yardımların çatdırılması üçün dərhal hərəkətə keçdiklərini bildirib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, nazir Macarıstanın bölgəyə 167 axtarış-xilasetmə qrupu, 29 xüsusi təlim keçmiş it göndərdiyin və qrupların dağıntılar altından 35 nəfəri xilas etdiyini eyni zamanda 105 ton tibbi ləvazimat çatdırdıqlarını açıqlayıb.

Ölkəsinin ötən ay Türkiyəyə 1500 kiloqram dərman göndərdiyinə diqqət çəkən Siyarto son 105 tonluq yardım paketində müxtəlif dərman və sarğı materiallarının da olduğunu bildirib.

//Safura Bənnayeva, Editor.az