Macarıstan Ukraynada sülhə ən böyük maneədən danışıbbackend

Macarıstan Ukraynada sülhə ən böyük maneədən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə ən böyük maneə avropalı siyasətçilərdir.

Editor.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Sijarto Mandiner deyib.

“Hesab edirəm ki, bu gün Ukraynada sülhün bərqərar olmasına ən ciddi maneə avropalı siyasətçilərdir. Onlar sülhdə maraqlı deyillər və demək olar ki, hər gün odun üstünə benzin tökürlər”, – departament rəhbəri bildirib.

O bildirib ki, “Avropa siyasi elitası” Ukraynada münaqişənin davam etdirilməsini dəstəkləyir, çünki onlar öz əməllərinə görə məsuliyyətdən yayınmaq istəyirlər.

//Gülnarə Abasova, Editor.az