Macarıstan Ukraynanın Aİ-yə üzvlük müraciətini DƏSTƏKLƏYƏCƏKbackend

Macarıstan Ukraynanın Aİ-yə üzvlük müraciətini DƏSTƏKLƏYƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Avropa İttifaqı ölkələrinin səkkiz liderinin Ukrayna ilə üzvlüklə bağlı danışıqlara başlamaq təşəbbüsünü dəstəkləyir. Xarici işlər naziri Peter Szijarto Brüsseli bu məsələni gündəmə gətirməyə çağırıb.

Editor.az “Ukrayna Reuters”-ə istinadən xəbər verir ki, üç Baltikyanı ölkəsi Polşa, Çexiya, Slovakiya, Bolqarıstan və Sloveniyanın prezidentlərinin təşəbbüsünə toxunan Szijarto deyib: “Macarıstan bu təşəbbüsü dəstəkləyir və biz Brüsseli bu məsələni gündəmə gətirməyə çağırırıq”.

Xatırladaq ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın yeni xüsusi prosedur əsasında Avropa İttifaqına üzv olmaq üçün müraciət etdiyini bildirmişdi.

Qeyd edək ki, Aİ-nin səkkiz ölkəsinin liderləri Ukraynaya giriş perspektivlərinin dərhal təmin edilməsini dəstəkləyiblər.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynanı işğal edib.

//Gülnarə Abasova, Editor.az