Macarıstan Ukraynaya “Avropa Sülh Fondu”ndan silah tədarükünün maliyyələşdirilməsində iştirak etməyəcək, lakin… backend

Macarıstan Ukraynaya “Avropa Sülh Fondun”dan silah tədarükünün maliyyələşdirilməsində iştirak etməyəcək, lakin… 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirib ki, Macarıstan Ukraynaya “Avropa Sülh Fondu”ndan silah tədarükünün maliyyələşdirilməsində iştirak etməyəcək, lakin digər ölkələrin işinə müdaxilə edə bilməz.

“Macarıstan əvvəllər silah göndərməyib və bundan sonra da silah göndərməyəcək. Biz Ukraynaya silah tədarükünün artırılmasına səbəb olacaq hər hansı qərar və ya prosesdə iştirak etməyə hazır deyilik”

Editor.az bildirir ki, bu sözləri, o Facebook sosial şəbəkəsindəki səhifəsində bildirib. Onun sözlərinə görə, Macarıstan başqa ölkələrin Ukraynaya silah göndərməsi üçün ümumi fonda ildə 23 milyard forint (60 milyon avro) ödəməkdən imtina edib. Siyarato vurğulayıb ki, Budapeşt Rusiya ilə Ukrayna arasında münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiq qaldığı üçün silah tədarükünü maliyyələşdirmək niyyətində deyil.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Macarıstan Ukraynaya 50 milyard avro məbləğində uzunmüddətli maliyyə yardımının ayrılmasına veto qoyub. Qeyd edilib ki, ölkə Kiyevə yardımın həcminə hər il yenidən baxmaq imkanı müqabilində məhdudiyyəti aradan qaldırmağa hazırdır.

Euractiv-in məlumatına görə, Aİ 2024-cü ilin martından gec olmayaraq Ukraynaya yardım göstərəcəyini vəd edib, lakin Macarıstanın baş naziri Viktor Orban heç bir halda mövqeyini dəyişməyə hazır olmadığını dəfələrlə bəyan edib.

//Samir Qurbanov, Editor.az