Macarıstan Ukraynaya görə Aİ büdcəsini bloklamaqla hədələdibackend

Macarıstan Ukraynaya görə Aİ büdcəsini bloklamaqla hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan, Avropa İttifaqının (Aİ) 2028–2034-cü illəri əhatə edən yeni büdcə layihəsinə qarşı çıxıb. Səbəb isə büdcədə Ukraynaya 100 milyard avro həcmində yardımın nəzərdə tutulmasıdır.

Macarıstanın baş naziri Viktor Orbanın siyasi müşaviri Balaş Orban, bu barədə Facebook hesabında açıqlama verib. O, Brüsselin planlarını kəskin tənqid edib:

“Avropanın pulu tükənib — bu yalnız müharibə ilə bağlı olmayan hallar üçün keçərlidir. 100 milyard avro – Aİ-nin növbəti büdcə dövründə Ukraynadakı müharibənin maliyyələşdirilməsinə ayırmaq istədiyi yeni ‘yardım’ məbləğidir”.

Balaş Orban qeyd edib ki, bu vəsait Avropanın rəqabət qabiliyyətinin artırılmasına, sərhədlərin qorunmasına və Avropa vətəndaşlarına, ailələrinə və icmalarına xərclənə bilərdi.

Müşahidəçilərin fikrincə, Macarıstan Aİ büdcəsinin qəbulunu bloklamaq niyyətindədir və bu, Ukraynaya yardımla bağlı Brüssellə Budapeşt arasında gərginliyin artdığını göstərir.

//Samir Qurbanov, Editor.az