Macarıstan XİN: Aİ-nın sanksiya siyasəti iflasa uğradıbackend

Macarıstan XİN: Aİ-nın sanksiya siyasəti iflasa uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Birliyinin (AB) sanksiya siyasəti uğursuzluğa düçar oldu. Bizim ixtiyarımızda olsaydı, sanksiya deyilən bir şey olmazdı”.

Editor.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijjarto Belarusun paytaxtı Minskə gedərək həmkarı Sergey Aleynik ilə görüşündə deyib. Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən macar diplomat bildirib ki, bu, siyasi bəyanat deyil, bu, faktdır.

Nazir əlavə edib ki, sanksiyalar Macarıstan iqtisadiyyatına zərər verəcək və ölkənin Rusiya və Belarusla əməkdaşlığını məhdudlaşdıran tədbirlərin 14-cü sanksiya paketinə daxil edilməsinə icazə verməyəcəklər.

Qeyd edək ki, qərb ölkələri Ukraynadakı xüsusi hərbi əməliyyatı əsas gətirərək Rusiya və Belarusa qarşı sanksiyaları gücləndirmişdi. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ölkəni mühasirəyə almaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır, lakin sanksiyalar bütün dünya iqtisadiyyatına ziyan vurur.

//Gülnarə Abasova, Editor.az