İlk dəfə olaraq Macarıstan və Türkiyə güclü hökumət olaraq NATO-da müsbət mənada qeyd edilib.
Editor.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib. O, Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının ilk gününün sonunda Macarıstan mətbuatına qiymətləndirmələr edib.
“Mənə və Türkiyənin xarici işlər naziri Hakan Fidana İsveçin NATO üzvlüyünün iki ölkənin parlamentləri tərəfindən nə vaxt təsdiqlənəcəyi soruşuldu. Çox böyük bir ölkənin nümayəndəsi prosesin sürətləndirilməsinə çağırdı və bu prosesdə güclü hökumətlərin olduğunu bildirdi”,- deyə o bildirib.
Sözügedən nümayəndənin iki ölkənin hökumətləri haqqında bu şəkildə danışmasını “fantastik” olaraq xarakterizə edən Szijjarto fikirlərinə belə davam edib: “Güclü hökumət bu mühitdə müsbət bir şey deyil. 9 ildən artıqdır ki, NATO, AB və digər təşkilatlarda xarici işlər naziri kimi çalışıram və mən hər yerdə güclü hökumətin təhlükəli olduğunu görmüşəm. Eşitdim ki, bu, diktatura deməkdir. Halbuki Macarıstanda və Türkiyədə güclü hökumətlərin olması burada müsbət mənada qeyd edilib”.
Szijjarto sözügedən çox böyük ölkənin nümayəndəsinə təşəkkür etdiyini vurğulayaraq qərarın millət vəkillərinə aid olduğunu bildirib. Macarıstan xarici işlər naziri onu da bildirib ki, İsveçin xarici işlər naziri də iclasda iştirak etdiyi üçün kənardan İsveçin NATO-da olmadığını anlamaq mümkün deyil.
//Gülnarə Abasova, Editor.az

