Macarıstan XİN rəhbəri Rusiya ilə NATO arasında mümkün münaqişənin qarşısını almaq üçün hər cür səy göstərməyə çağırıbbackend

Macarıstan XİN rəhbəri Rusiya ilə NATO arasında mümkün münaqişənin qarşısını almaq üçün hər cür səy göstərməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə NATO ölkələri arasında birbaşa münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır.

Editor.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto RİA Novosti agentliyinə müsahibəsində yüksək rütbəli alman zabitləri arasında Krım körpüsünə mümkün hücumla bağlı söhbəti şərh edərkən bildirib. Diplomat xatırladıb ki, Şimali Atlantika Alyansı əvvəllər Ukraynadakı münaqişəyə müdaxilə etməmək qərarına gəlib. Onun sözlərinə görə, bu qərar hələ də qüvvədədir. “Rossiya Seqodnya” media qrupunun baş redaktoru Marqarita Simonyan martın 1-də Ukraynaya “Taurus” raketlərinin tədarükü imkanlarını və Krım körpüsünə hücum planlarını, döyüş sursatlarını müzakirə etdiyi iddia edilən alman zabitləri arasında söhbətin stenoqramını dərc edib.

Simonyanın təqdim etdiyi mətnə ​​görə, söhbət iştirakçıları Almaniyanın münaqişədə birbaşa iştirak etməməsi üçün Kiyevə necə dəstək verə biləcəklərini hesablayırdılar. Daha sonra Almaniyanın müdafiə naziri Boris Pistorius zabitlərin danışıqlarının dinlənilməsi zamanı Bundesverin (Almaniya Silahlı Qüvvələri) daxili rabitə kanallarının sındırılmadığını bəyan edib.

//Gülnarə Abasova, Editor.az