Macarıstanda fövqəladə vəziyyət olan olunurbackend

Macarıstanda fövqəladə vəziyyət olan olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 25-dən Macarıstanda fövqəladə vəziyyət elan ediləcək Editor.az xəbər verir ki, bunu ölkənin baş naziri Viktor Orban yeni hökumət formalaşandan dərhal sonra bəyan edib.

Fövqəladə vəziyyət mayın 25-i saat 00:00-dan etibarən tətbiq ediləcək. Orbanın fikrincə, belə bir qərar hökumətə “manevr və Ukraynadakı müharibənin nəticələrinə dərhal reaksiya vermək imkanı verəcək”. Orban əlavə edib ki, hökumət fövqəladə vəziyyətlə bağlı ilk tədbirləri mayın 25-də elan edəcək. “Bu müharibə Macarıstan üçün daimi təhlükə yaradır, fiziki təhlükəsizliyimizi, iqtisadiyyatın və ailələrin enerji təminatını və maliyyə sektorunu təhlükə altına qoyur. Biz görürük ki, Brüsseldə elan olunan müharibə və sanksiyalar nəhəng iqtisadi sarsıntılara və iqtisadi vəziyyətin kəskin pisləşməsinə gətirb çıxarıb” – deyə Orban bildirib.

Editor.az