Macarıstanın Aİ üzvlüyünün dayandırılmasının məqsədəuyğunluğunu nəzərdən keçirməyə dəyər – Finlandiyanın xarici işlər naziribackend

Macarıstanın Aİ üzvlüyünün dayandırılmasının məqsədəuyğunluğunu nəzərdən keçirməyə dəyər – Finlandiyanın xarici işlər naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib ki, Budapeştin dəyərləri Avropanın qalan hissəsindən çox fərqlidirsə, Macarıstanın Aİ üzvlüyünün dayandırılmasının məqsədəuyğunluğunu nəzərdən keçirməyə dəyər.

Valtonenin fikrincə, Macarıstan ikitərəfli diplomatiyada bütün Aİ-ni təmsil etmək kimi davranmamalıdır. Belə ki, o, baş nazir Viktor Orbanın Rusiya Federasiyası və Çinə səfərini şərh edib. Bu, Macarıstanın fikirlərinin Avropa Birliyinin rəsmi mövqeyinə uyğun gəlməməsi ilə bağlıdır: “Əlbəttə, bu, hər bir ölkənin öz işidir, amma nə vaxtsa fikirlər bizim ümumi dəyərlərimizdən bu qədər fərqlidirsə, Avropa İttifaqının düzgün qrup olub-olmadığını soruşmağa dəyər” – deyə Finlandiya nazirliyinin rəhbəri qəzəblənib.

Bununla belə, o qeyd edir ki, Budapeştə Macarıstanın Aİ-yə üzvlük məsələsinə yenidən baxılmasının zəruriliyi barədə siqnal göndərməyəcək.

//Samir Qurbanov, Editor.az