Macarıstanın baş naziri Avropa liderlərinin “Avropada müharibə” ilə bağlı sözlərini şərh edibbackend

Macarıstanın baş naziri Avropa liderlərinin “Avropada müharibə” ilə bağlı sözlərini şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı (Aİ) liderlərinin “Avropada müharibə” ilə bağlı çıxışları onların əsl niyyətlərini əks etdirir”.

Editor.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban açıqlamasında bildirib.

“Avropa hazırda odla oynayır, biz müharibə və sülh sərhədində tarazlığı saxlamalıyıq”,- deyə o bildirib. Orban Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin “Avropada müharibə artıq fantaziya deyil” sözlərinə və Polşa xarici işlər naziri Radoslav Sikorskinin münaqişənin “yalnız hərbi güclə həll oluna bilər” bəyanatına istinad edib.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijyarto Qərbi Avropadakı siyasətçilərin nüvə müharibəsi ideyasına aludə olduğunu bildirmişdi. Belə bir vəsvəsə nümunə kimi o, Fransa prezidenti Emmanuel Makron və digər siyasətçilərin Ukraynaya Avropa qoşunlarının göndərilməsinin mümkünlüyü və nüvə münaqişəsinin mümkünlüyü ilə bağlı fikirlərini göstərib.

//Gülnarə Abasova, Editor.az