Macarıstanın Baş naziri Orban AP seçkilərini şərh etdi: “Gərginliyi dəstəkləyənlər uduzdu”backend

Macarıstanın Baş naziri Orban AP seçkilərini şərh etdi: “Gərginliyi dəstəkləyənlər uduzdu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Avropa Parlamentinə seçkilərin Avropa hökumətlərinin münaqişənin gərginləşməsinə dəstək verməyə məcbur edilməsinin bu ölkələrdə vəziyyətin sabitliyini pozduğunu və münaqişənin gərginləşməsini dəstəkləyən tərəfin uduzduğunu göstərdiyini vurğulayıb.

Editor.az xəbər verir ki, bu barədə Avropa Parlamenti seçkiləri ilə bağlı Kossuth radiosuna açıqlama verən Macarıstanın Baş naziri Viktor Orban deyib.

“NATO baş katibinə onların hesablamalarını, Ukraynada Rusiyanı necə məğlub edəcəklərini anladığımı söylədim, ancaq nəzərə alınması lazım olan bir amil var. Avropalılar bunu istəmirlər, müharibə istəmirlər. Avropa hökumətləri müharibəni dəstəkləmək istəmirlər”,-deyə Orban bildirib.

Macarıstanın baş naziri Orban Fransa parlamentinin seçkilərdən dərhal sonra buraxıldığını, Belçika hökumətinin istefa verdiyini, Almaniyanın hakim partiyasının seçkilərdə üçüncü yeri tutduğunu qeyd edib. Orban açıqlamasında bunları deyib: “Düşünürəm ki, Avropa xalqının iradəsinin Avropa liderlərinə verdiyi “sülh tərəfdarı deyilsinizsə, uğursuz olacaqsınız” mesajı çox açıq bir siqnaldır. Hökumətlər müharibə tərəfdarı mövqeyinin məğlubiyyətə səbəb olduğunu görsələr, sülh haqqında düşünməyə başlamaq üçün əlavə motivasiyaya sahib olurlar”.

//Gülnarə Abasova, Editor.az