Macarıstanın Baş naziri Viktor Orban futbola baxmaq üçün İrəvana gedirbackend

Macarıstanın Baş naziri Viktor Orban futbola baxmaq üçün İrəvana gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Baş naziri Viktor Orban cümə axşamı günü İrəvana gələcək.

Editor.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Səfəri çərçivəsində hökumət başçısı Ermənistan və Macarıstan milli komandaları arasında futbol matçında iştirak edəcək. Orbanın İrəvan səfərinin digər təfərrüatları hazırda məlum deyil.

Xatırladaq ki, Ermənistan və Macarıstan arasında 2026-cı il Dünya Kubokunun seçmə oyunu sabah saat 21:00-da başlayacaq. Dörd turdan sonra Portuqaliya 2026-cı il Dünya Kubokunun seçmə turnirinin F qrupunda 10 xalla liderlik edir. Macarıstan 5 xalla ikinci, İrlandiya 4 xalla üçüncü, Ermənistan isə 3 xalla dördüncüdür.

//Samir Qurbanov, Editor.az