Macarıstanın baş naziri Viktor Orban Ukrayna və Rusiya dövlət başçılarının iştirakı ilə sülh sammiti keçirmək istəyirbackend

Macarıstanın baş naziri Viktor Orban Ukrayna və Rusiya dövlət başçılarının iştirakı ilə sülh sammiti keçirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban Ukrayna dövlətinin başçısı Vladimir Zelenski və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iştirakı ilə sülh sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edir.

Bu barədə İsveçrənin Die Weltwoche nəşri sentyabrın 29-da yazıb. Materialda bildirilir ki, keçən həftə Orban BMT Baş Assambleyası çərçivəsində qondarma sülhməramlı missiyasını davam etdirəcək bir tədbirin təşkili üzərində çalışıb. Orban xüsusilə Çin və Braziliya liderləri ilə “intensiv danışıqlar” aparıb. Həmçinin nəşrin məlumatına görə, tədbirdə Fransa və İsveçrə də iştirak edəcək. Hazırda sammitin tarixi və yeri müzakirə olunur.

“Die Weltwoche” xəbər verir ki, ümumilikdə onu 15 ölkə – “sülh dostları” dəstəkləyib. Yəqin ki, söhbət Rusiya-Ukrayna müharibəsini Çin-Braziliya planı üzrə həll etməli olan Çinin “Sülh Dostları” platformasından gedir. Platformanın yaradılması barədə sentyabrın 27-də Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. Nəşrin verdiyi şərhdə Orban bildirib ki, o, “avrupalılara aktiv rol qaytarmağa” və “ABŞ seçkilərindən əvvəl bir kurs təyin etməyə” çalışır. Onun sözlərinə görə, guya Kiyev və Moskva əslində danışıqlar aparmaq istəmirlər, ona görə də onun fikrincə, beynəlxalq təzyiq atəşkəslə bağlı qərara təkan verməlidir.

//Samir Qurbanov, Editor.az