Macarıstan Kiyevdəki fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Macarıstanın xarici işlər naziri Peter Siyarto verib.O, qeyd edib ki, bir müddət əvvəl təhlükəsizlik səbəbindən ölkənin Kiyevdəki səfirliyi Lvova köçürülmüşdü.
“Səfirliyin yenidən Kiyevə köçürülməsi məqbuldur. Bu şəkildə Ukrayna hökuməti ilə əlaqələrimizi daha da intensiv edəcəyik. Bunun nəticəsində bu ölkədə Macarıstan və digər Aİ vətəndaşlarına öz yardımızı daha operativ şəkildə həyata keçirəcəyik”, – deyə nazir bildirib.
//Nəzərbəy, Editor.az

