Macarıstanın paytaxtında dava: qazax ukraynalını bıçaqla öldürdübackend

Macarıstanın paytaxtında dava: qazax ukraynalını bıçaqla öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az bildirir ki, bu barədə mayın 1-də yerli polis məlumat verib.

Budapeşt polisinə saat 1.05-də iki nəfərin dava etdiyi və birinin yaralanması barədə xəbər gəlib: “İlkin məlumatlara görə, Nağıkeres küçəsində yerləşən binada 44 yaşlı qazax əsilli kişi mübahisə və davadan sonra 48 yaşlı Ukrayna vətəndaşına bıçaqla xəsarət yetirib və o, aldığı ağır xəsarətlərdən yerindəcə dünyasını dəyişib”, – məlumatda deyilir.

Polis “cinayətkarın yerindəcə saxlanıldığını” vurğulayıb, qətldə şübhəli bilinərək cinayət işi açılıb. “İndex”in məlumatına görə, hadisə beynəlxalq nəqliyyat şirkətinin yerində baş verib.

//Samir Qurbanov, Editor.az