Macarıstanın Xarici İşlər Naziri Peter Siyarto hərbi xidmətdə olan kişilərin Ukraynadan qanunsuz getməsinə haqq qazandırıb.
Onun sözlərinə görə, “hamı müharibədən bezib” və “ukraynalılar ölmək istəmirlər”. “Bir çox ukraynalı kişilər – babalar, atalar, qardaşlar, oğullar, nəvələr – hərbi xidmətə çağırışdan və bununla da cəbhəyə göndərilməkdən və ehtimal ki, ölümdən yayınmaq üçün Ukraynadan qaçmağa çalışırlar. Lakin Ukrayna Sərhəd Xidməti qaçqınları tutmaq üçün mümkün olan hər şeyi edir və bütün vasitələrdən istifadə edir!” – deyə Macarıstan diplomatiyasının rəhbəri yazıb.
Siyarto bildirib ki, bu yaxınlarda Ukraynada beş ukraynalının qanunsuz sərhədi keçməsini təşkil etdiyinə görə Macarıstan vətəndaşı həbs edilib.
Nazir bildirib ki, Budapeşt konsulluğu istintaqa “kömək etmək” üçün təsir göstərməyə çalışır və əlavə edib ki, “müharibə mümkün qədər tez, məcburi səfərbərlik isə dərhal başa çatmalıdır”.
//Samir Qurbanov, Editor.az

