Macarıstanın xarici işlər naziri Rusiyaya gedirbackend

Macarıstanın xarici işlər naziri Rusiyaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın xarici işlər naziri Peter Siyarto Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək niyyətindədir. Bundan əvvəl isə o, Soçiyə – “Atomexpo” forumuna gedəcək.

Editor.az bildirir ki, Siyarto bu barədə Antalyada keçirilən Diplomatik Forum çərçivəsində deyib: “Mən SPIEF-ə dəvət olunmuşam və ora gedəcəyəm.

Nazir onu da deyib ki, Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya səfəri hələ planlaşdırılmayıb. Xatırladaq ki, iyunun 5-8-də Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum keçiriləcək. “Atomexpo” isə 25-26 mart tarixlərində Soçidə “Sirius” federal ərazisində baş tutacaq.

//Samir Qurbanov, Editor.az