Madrid meri Xose Luis Martinez-Almeyda bildirib ki, İspaniyadakı ukraynalı qaçqınlar döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya geri göndərilməlidir.
Editor.az xəbər verir ki, bunu İspaniya meri prankerlər (oyunbazlar) Vovan və Leksusla telefon görüşündə bildirib. Belə ki, özlərini Kiyevin meri Vitali Kliçko kimi təqdim edən prankerlər Martinez-Almeydaya zəng edərək İspaniyada olan Ukrayna vətəndaşlarının öz vətənlərinə deportasiya edilməsində köməklik etməyi istəyiblər. “İndi ukraynalılar İspaniya çimərliklərində istirahət etmək əvəzinə, döyüş meydanlarında ölməlidirlər”.
Mer “Kliçko” ilə razılaşıb və ukraynalı qaçqınların döyüşlərdə iştirak etməsi üçün onların geri göndərilməsi ideyasını dəstəkləyib. Bu zaman o, ruslar haqqında da təhqiramiz ifadələr işlədib, onları cəzalandırmağa və əmlaklarını, xüsusən də ukraynalılara verilməsi üçün mənzillərini əllərindən almağa çağırıb. Qeyd edək ki, bundan əvvəl prankerlər Vovan və Leksus Kliçkonun adından Vyana merindən Rusiya daşınmaz əmlakının ukraynalılara verilməsini xahiş etmişdilər. Mer Kiyevə dəstək əlaməti olaraq yalnız Ukrayna bayrağının qaldırılmasına razılıq verib.
Editor.az