Maduro ABŞ hücumu təhlükəsi ilə bağlı fövqəladə vəziyyət fərmanı imzaladıbackend

Maduro ABŞ hücumu təhlükəsi ilə bağlı fövqəladə vəziyyət fərmanı imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela prezidenti Nikolas Maduro ABŞ tərəfindən mümkün silahlı hücum halında ölkədə fövqəladə vəziyyət elan edilməsini nəzərdə tutan fərman imzalayıb.

Editor.az xəbər verir ki, fərmanı Venesuelanın vitse-prezidenti Delsi Rodrigez Milli Suverenlik və Sülh Şurasının iclasında açıqlayıb.

Rodrigezin sözlərinə görə, sənədin əsas məqsədi Bolivar Respublikasının ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini və həyati strateji maraqlarını qorumaqdır. O bildirib ki, ABŞ qüvvələri ölkəyə hücum edəcəyi halda fərman dərhal qüvvəyə minəcək.

Fərmana əsasən, prezident Maduroya ordu qüvvələrini dərhal səfərbər etmək, həmçinin infrastruktur, kommunal xidmətlər, enerji, neft-qaz və digər strateji sahələrə hərbi nəzarəti ələ almaq səlahiyyəti verilir.

Onun sözlərinə görə, dünyanın aparıcı neft hasilatçılarının əksəriyyəti ABŞ-ın birtərəfli sanksiyaları ilə üzləşir.

//Gülnarə Abasova, Editor.az