Maduro bəyan edib: Venesuela ilə ABŞ arasında danışıqlar prosesi başlayırbackend

Maduro bəyan edib: Venesuela ilə ABŞ arasında danışıqlar prosesi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela prezidenti Maduro ABŞ hökuməti ilə birbaşa dialoq prosesini bərpa edəcəklərini açıqlayıb.

Editor.az xəbər verir ki, həftəlik mətbuat konfransında gündəmi şərh edən Venesuela prezidenti Nikolas Maduro ABŞ hökuməti ilə dialoq prosesini 3 iyulda enidən başladacaqlarını bildirib. “ABŞ hökumətindən iki ay müddətində danışıqların və birbaşa dialoqun yenidən başlaması ilə bağlı təkliflər aldım. Açığı, iki ay düşündükdən sonra bu təklifi qəbul etdim. Gələn çərşənbə günü başlayırıq”,-deyə o bildirib.

Danışıqlarda Venesuelanı Miranda əyalətinin qubernatoru Hektor Rodriqesin təmsil edəcəyini bildirən Maduro, onu da qeyd edib ki, bu yeni danışıqlar mərhələsində ABŞ Qətərdə imzalanan razılaşmalara əməl etməli və dialoq şərtlərini manipulyasiya etmədən yerinə yetirməlidir.

//Gülnarə Abasova, Editor.az