Müstəmləkəçi dünyanın BRİKS ilə qurulan yeni nizamla əvəz olunduğunu vurğulayan Venesuela prezidenti Nikolas Maduro ölkəsinin çox yaxında bu birliyə üzv olacağını açıqlayıb.
Editor.az xəbər verir ki, o, bu barədə “Venezolana de Televisión” telekanalına danışıb.
“BRICS ilə yeni dünya köhnə müstəmləkə dünyasını müharibələr, müdaxilələr, soyqırımlar və üstünlük kompleksi ilə əvəz edir. Bu dünya artıq mövcuddur geri qaytarıla bilməz”,- Maduro bildirib.
Açıqlamasında Rusiyanın mübarizəsinə də yer verən Maduro Rusiyanın Ukrayna münaqişəsində Qərbi məğlub etdiyini və iqtisadi cəhətdən gücləndiyini bildirib: “Rusiya bu gün iqtisadi cəhətdən daha güclüdür, bu gün döyüş meydanında Qərbə qalib gəlir. Qərb və NATO Ukraynanı müharibəyə soxdu. Və bu müharibə ABŞ üçün dözülməz oldu”.
//Gülnarə Abasova, Editor.az

