Madurodan Quranın yandırılmasına reaksiya: İncili başqa ölkədə yandırsalar, necə hiss edərdik?backend

Madurodan Quranın yandırılmasına reaksiya: İncili başqa ölkədə yandırsalar, necə hiss edərdik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela prezidenti Nikolas Maduro Avropa liderlərinin və bəzi KİV-lərin İsveç və Danimarkada Quran yandırılmasına reaksiya verməməsini pisləyib.

Editor.az xəbər verir ki, bununla bağlı Venesuela lideri Nikolas Maduro “Al Mayadeen” kanalında yayımlanan “Maduro və daha çoxu ilə” proqramında çıxış edib. O, Avropada müqəddəs kitabların yandırılmasına göz yumanların susqunluqlarına görə dolayısı ilə bu işdə əli olduğunu deyib və medianı məsələni işıqlandırmadığına görə tənqid edib.

Xatırladaq ki, Son aylar Danimarka və İsveçdə bir neçə Quran yandırma nümayişi keçirilib. Əksər müsəlman ölkələri nümayişləri pisləyib, bəziləri isə İsveç və Danimarka səfirlərini etiraz məktubları verməyə çağırıb. Bu həftənin əvvəlində İsveçin xarici işlər naziri Tobias Billstrom müsəlman ölkələri ilə münasibətlərə xüsusi diqqət yetirəcəyini vəd edib və Danimarka polisi son Quran yandırma nümayişlərindən sonra təhlükəsizlik məqsədilə ölkə sərhədlərində yoxlamaları müvəqqəti olaraq gücləndirib.

//Gülnarə Abasova, Editor.az