Türkiyənin Elazığ vilayətində yaşayan 53 yaşlı İbrahim Kayaoğlu dostlarının dəstəyi ilə könüllü şəkildə vətəndaşların ərzaq borclarını bağlayır.
Editor.az xəbər verir ki, 1 uşaq atası İbrahim Kayaoğlu mağazaları dolaşaraq, nisyə borcları olan ehtiyaclılara dəstək olur.
Nisyə dəftərini yoxlayan yardımsevər ən ağır durumda olan ailələrin bəzilərinin borclarının tamamını, bəzilərinin isə bir qismini ödəyə bilir.
Kayaoğlunun məqsədi Ramazan ayı ərzində ehtiyaclıların 15 min türk lirəsi (təxmin 3 min 690 manat) borcunu bağlamaqdır.
//publika.az

