Magen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıb – FOTObackend

Magen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu istiqamətlər arasında gənc qadınların, proqramlaşdırma və biznes üzrə təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, yerli və beynəlxalq təcrübənin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi və bu kimi digər birgə fəaliyyətlər mövcuddur.
Memorandumu Magen David İnternational Center for Women direktoru Aygün Əhmədova və Maestro School-un direktoru Leyla Səfərli, Maestro Studio-nun direktoru Mədinə Paşayeva imzalayıblar.
Görüş zamanı hər iki tərəf növbəti illər üçün nəzərdə tutulan planlanlarından danışıb, memorandum əsasında həyata keçiriləcək tədbirlər və layihələr haqqında müzakirələr aparılıb. Görüşdə İKT sektorunda fəaliyyət göstərə biləcək mütəxəssislərin yetişdirilməsi, mövcud mütəxəssislərin ixtisaslaşdırılması üçün xüsusi tədris proqramının hazırlanması məsələsi də müzakirə edilib.
“Ümid edirəm ki, bu memorandumun hazırda rəqəmsallaşdırma sahəsində, qadın bizneslərinin inkişafında bu kimi problemlərin aradan qalxmasına,ölkəmizdə proqramlaşdırma üzrə ixtisaslı qadın kadrların yetişməsinə, eləcədə rəqəmsallaşdırma sahəsində beynəlxalq təcrübənin, xüsusən də İsrail təcrübəsinin öyrənilməsinə böyük töhfəsi olacaq.” – deyə Aygün Əhmədova bildirib.
“İnanırıq ki, bu qarşılıqlı əməkdaşlıq çərçivəsində rəqəmsallaşdırma sahəsində qadın və qizların marağının artmasına, beynəlxalq səviyyəli olimpiada və yarışlarda daha da çox tərkiblə təmsil olunmağımıza yeni imkanlarlar yaradacaq.”- deyə Leyla Səfərli və Mədinə Paşayeva öz fikirlərini səsləndiriblər.
Eyni zamanda, COP29 kimi beynəlxalq səviyyəli tədbirinin ölkəmizdə keçirilməsinin gənclər və qadınlar üçün yaratdığı imkanlar, beynəlxalq miqyasda gənclər və qadınlar arasında birgə təşəbbüs və əməkdaşlığın vacibliyi barədə fikir mübadiləsi də önə çəkilib.
Onu da qeyd edək ki, “Magen David International Center for Women” – qadın həkimlər, hüquqşünaslar, müəllimlər, sahibkarla və ictimai – sosial həyatda, İKT sahəsində fəal olan xanımlar arasında beynəlxalq resursları birləşdirərək qadınlar və uşaqlar üçün müxtəlif fəaliyyətləri təşviq edən, qadınlar üçün hüquqi konsultasiya, təlim, tədris, brendin yaradılması və tanıdılması, satış və investisiya imkanları və digər. xidmətlər təqdim edən mərkəzdir.

Mərkəzin vizyonu ondan ibarətdir ki, hər bir qadınının özü və ailəsi üçün davamlı gəlir əldə etmək, ailələri və icmaları sabitləşdirmək üçün təhsil, təlim və dəstəyə çıxış imkanı var. Mərkəzin missiyası qadınlar üçün təhlükəsiz davamlı əlaqə və platforma qurmaq, onların çiçəklənməsi üçün lazım olan resursları çatdırmaq üçün qadın icmalarını birləşdirmək və təchiz etməkdir.
Maestro School məktəblilər və böyüklər üçün proqramlaşdırma mərkəzidir və tələbələrini keyfiyyətli İT təhsil ilə təmin edir. Maestro School uşaqları və böyükləri yerli və beynəlxalq layihələrə cəlb edərək onların İT və soft bacarıqlarını inkişaf etdirərək bir neçə startap layihələrinin yaradılmasında, gənclərin təhsil və karyera istiqamətlərində inkişaf etməsinə öz töhvəsini verir.
Maestro Studio menecment konsaltinq və proqramlaşdırma xidmətləri göstərən şirkətdir.
Maestro Studio menecment və konsaltinq istiqamətində şirkətlərlə çalışaraq şirkət strategiyasının qurulması, müəssisə performansını artırmaq və müştərinin əlavə gəlir əldə etməsi üçün hazırlanmış geniş sahəli strateji konsaltinq xidmətlərini təklif edir.
Maestro Studio proqramlaşdırma istiqamətində müştəriləri üçün müxtəlif platformaları uğurla inkişaf etdirir. Bura müxtəlif portfolio, e- ticarət saytları və mobil tətbiqləri kimi veb və mobil proqramlar daxildir.

Открыть фото Открыть фото Открыть фото Открыть фото