Mahaçqala hava limanında dron hücumu təhlükəsi səbəbindən təyyarə reysləri təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə hava limanının baş direktoru Səid Ramazanov məlumat verib.
“Mahaçqala Beynəlxalq Hava Limanının işi pilotsuz uçuş aparatlarının (PUA) təhlükəsi ilə əlaqədar Moskva vaxtı ilə saat 11:30-a (Bakı vaxtı ilə 12:30 – red.) qədər fəaliyyətini dayandırıb”, – Səid Ramazanov qeyd edib.