Mahaçqalada “yəhudi ovu”: xəsarət alanlar varbackend

Mahaçqalada “yəhudi ovu”: xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqala hava limanında baş verən iğtişaşlar nəticəsində xəsarət alanlar var.

Editor.az bildirir ki, bu barədə Respublika Səhiyyə Nazirliyi məlumat yayıb. “Mahaçqala hava limanında baş vermiş insident nəticəsində yaralılar var, onlara tibbi yardım göstərilir”, – Nazirlik bildirib.

İdarədən qeyd edilib ki, zərərçəkənlərin sayı, eləcə də onların hazırkı sağlamlıq durumu hələ də dəqiqləşdirilir. Xatırladaq ki, ötən gecə Mahaçqala hava limanına bitişik ərazidə bir neçə yüz nəfər etiraz aksiyasına başlayıb.

Bir qrup etirazçı İsraildən gələn təyyarənin eniş zolağına daxil olub. Bu hadisə respublikanın hakimiyyət orqanları, eləcə də yerli ruhanilər tərəfindən pislənilib. Dağıstan rəhbərinin sözlərinə görə, insident hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq.

//Samir Qurbanov, Editor.az