Mahir Çağlarla nə danışıb? – Özü açıqladıbackend

Mahir Çağlarla nə danışıb? – Özü açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çağlarla matçdan öncə də danışdıq. Mənə uğurlar arzuladı və İngiltərə ilə bağlı nə lazım olsa, kömək edəcəyini dedi”. 

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan millisinin üzvü Mahir Emreli deyib.

O, “Legiya”nın heyətində “Lester”ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra rəqibin heyətindəki türkiyəli futbolçu Çağlar Söyüncü ilə görüşməsindən danışıb:

“Çağlar uğurlu statistikamın olduğunu dedi. Sonra bir-birimizə telefon nömrələrimizi verdik”.

Emreli qarşılaşmadan sonra geyindiyi və üzərinə 1:0 yazılmış formadan da söz açıb:

“Həmin forma “Legiya” klubunun ideyası idi. Artıq bu forma satışa çıxarılıb”.