Mahir Emreli meydana çıxdıqdan yeddi dəqiqə sonra “Dinamo”nun qolunu vurdu – VİDEObackend

Mahir Emreli meydana çıxdıqdan yeddi dəqiqə sonra “Dinamo”nun qolunu vurdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiya çempionatının üçüncü turunda Zaqreb “Dinamo”su evində “İstra 1961” kollektivini qəbul edib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” görüşdə 4:1 hesabı ilə qalib gəlib.

Oyuna 81-ci dəqiqədə əvəzetmədən daxil olan Mahir yeddi dəqiqə sonra komandasının dördüncü qolunun müəllifi olub.

Qeyd edək ki, üç turdan sonra aktivində 9 xalı olan Zaqreb “Dinamo”su turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.