Mahir Emrelinin komandası çempion məşqçiyə tapşırıla bilərbackend

Mahir Emrelinin komandası çempion məşqçiyə tapşırıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Konyaspor” klubu baş məşqçisi Aleksandar Stanoyeviçlə yollarını ayıra bilər.

Konya təmsilçisinin rəhbərliyi serbiyalı mütəxəssisin performansından narazıdır. Onun rəhbərliyi altında komanda beş oyunun hamısında məğlubiyyətlə üzləşib.

“Konyaspor”un baş məşqçi namizədi də bəllidir. Məlumata görə, klub rəhbərliyi sabiq çalışdırıcısı Sergen Yalçını bu posta gətirmək istəyir. Tərəflər ilkin təmasları qurublar. Mütəxəssis hələlik kluba mənfi və ya müsbət cavab verməyib.

Son olaraq “Beşiktaş”ı çalışdıran və komandaya çempionluq qazandıran Sergen Yalçın 2021-ci ilin dekabrından işsizdir. O, daha əvvəl 2017/18 mövsümündə qısa müddət “Konyaspor”u çalışdırıb.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü Mahir Emreli bu qış icarə əsasında Zaqreb “Dinamo”sundan Konya klubuna keçib.

Oxu.az