Mahir Emrelinin “Napoli”lə oyun öncəsi səs yazısı yayıldı – VİDEObackend

Mahir Emrelinin “Napoli”lə oyun öncəsi səs yazısı yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın “Legiya” klubunda çıxış edən həmyerlimiz Mahir Emrelinin Avroliqa çərçivəsində “Napoli”yə qarşı oyundan öncə qeydə alınmış səs yazısı yayılıb.

Hücumçu bloqer Fuad İsgəndərovla söhbətində “Milan”da çıxış etmə şansını qiymətləndirir.

Həmsöhbətinin qarşıdakı oyunda onun qol vurması arzusunu isə Emreli tanrıya dua etməklə cavablandırır.

Qeyd edək ki, dünən baş tutan qarşılaşmada Mahir Varşava klubunun yeganə qoluna imza atıb. Lakin yekunda “Legiya” dörd qol buraxaraq darmadağın olub (1:4)