Mahirin transfer qiyməti artdı – YENİ MƏBLƏĞbackend

Mahirin transfer qiyməti artdı – YENİ MƏBLƏĞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin və “Legiya”nın hücumçusu Mahir Emrelinin transfer qiyməti bahalaşıb.

Editor.az “Transfermarkt”a istinadən xəbər verir ki, hazırda millimizin futbolçusunun transfer dəyəri 2 milyon avroya qalxıb.

Mövsümün əvvəlində isə bu rəqəm 1 milyon avro idi. 24 yaşlı forvardın “Legiya”dakı çıxışı onun bazar dəyərinə də müsbət təsir göstərib.

Qeyd edək ki, cari mövsümdə 19 rəsmi oyuna çıxan Mahir Emreli 10 qol vurub və 1 məhsuldar ötürmə edib.