Mahmud Abbas Netanyahu ilə görüşməyə razılıq verdibackend

Mahmud Abbas Netanyahu ilə görüşməyə razılıq verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ilə görüşdə Fələstin prezidenti Mahmud Abbas İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşməyə hazır olduğunu bildirib. Editor.az bildirir ki, bu barədə İsrailin “Times of Israel” qəzeti yazıb.

Qəzet qeyd edib ki, münaqişə vəziyyətində olan qonşu dövlətlərin liderləri 10 ildən artıqdır görüşmürlər: “Netanyahu ilə işləmək təcrübəmizə baxmayaraq, biz danışıqlara qapını bağlamırıq”, – Fələstin rəsmisi bildirib. Sullivan ilə söhbətində Abbas, İsrailin İordan çayının qərb sahilində “birtərəfli hərəkətlərini” dayandıracağı təqdirdə Fələstinin BMT və digər beynəlxalq təşkilatlarda İsrailə qarşı tədbirləri altı ay müddətinə dayandırmağa hazır olduğunu açıqlayıb.

Bundan əvvəl Fələstin Administrasiyasının rəhbəri İsrailin baş naziri ilə təmasları “məcburi addım” adlandırıb və bunu israilli siyasətçinin münaqişənin sülh yolu ilə həllinin mümkünlüyünə inanmaması ilə izah edib.

  //Samir Qurbanov, Editor.az