Mahmud Abbasın korteji silahlı hücuma məruz qalıbbackend

Mahmud Abbasın korteji silahlı hücuma məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin prezidenti Mahmud Abbasın karvanı İordan çayının qərb sahilində hücuma məruz qalıb.

Editor.az bildirir ki, bu barədə Türkiyənin “Sabah” və “Miiliyet” nəşrləri xəbər yayıb. Mahmud Abbas xəsarət almayıb, o, tam sağlamdır və Ramallahdakı ofisində işləyir. T

ürkiyəli jurnalistlərin məlumatına görə, hücum nəticəsində siyasətçinin mühafizəçilərindən biri həlak olub. Qeyd olunur ki, daha əvvəl Mahmud Abbası İsrailə müharibə elan etməyə çağıran radikal Fələstinin “Əbu Candalanın oğulları” qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Fələstin prezident administrasiyasının məlumatına görə, Abbasın avtomobili atəşə məruz qalan avtomobillər arasında olmayıb və yayımlanan video İordaniyanın Qərb Sahilindəki qaçqın düşərgəsində baş verən atışma ilə bağlıdır.

Bir gün əvvəl, noyabrın 6-da “Əbu Candalanın oğulları” qrupunun nümayəndələri Abbasa 24 saatlıq ultimatum verərək ondan “Qəzzəyə kömək etmək üçün İsrailə hücum etməyi” tələb etmişdilər.

//Samir Qurbanov, Editor.az