Mahmud Əhmədinejaddan sensasiyalı bəyanat: İrandakı anti-İsrail qruplaşmasına İsrailin kəşfiyyat agenti Mossad rəhbərlik edib
İranda yaradılmış anti-İsrail qruplaşmasına bir müddət İsrailin kəşfiyyat agenti Mossad rəhbərlik edib.
Editor.az bildirir ki, bu fikri İranın keçmiş prezidenti, 2005-2013-cü illərdə ölkəyə rəhbərlik etmiş Mahmud Əhmədinejad deyib. Əhmədinejad bu bəyanatı İsrail ordusunun sentyabrın 27-də Beyrutda Livan “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahı öldürməsindən sonra verib.
Əhmədinejadın sözlərini Türkiyənin “Haberler” nəşri yazır. Qətlin fonunda İranda insanlar yerli hökumət strukturlarına İsrail casuslarının mümkün daxil edilməsindən danışmağa başlayıblar. “Biz İsrailə qarşı mübarizə aparmaq üçün bir qruplaşma yaratdıq və ona rəhbərlik edən adamın Mossad agenti olduğu ortaya çıxdı” – Əhmədinejad bildirib.
“Le Parisien” qəzeti mənbələrə istinadən yazıb ki, İsraildə İran “köstəbəkləri” var. Nəşrin yazdığına görə, məhz o, “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın yeri barədə İsrailə məlumat verib.
Qeyd olunub ki, İsrail xidmətləri casusdan hərəkatın baş katibi və digər liderlərinin Beyrutdakı hərəkatın baş qərargahında olması ilə bağlı xəbər gözləyiblər. İsrailin zərbəsi nəticəsində Həsən Nəsrullah öldürülüb. İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, Nəsrullahın məhv edilməsi əmrini şəxsən o verib.
Baş nazir vurğulayıb ki, Nəsrullah “yalnız İran tərəfindən deyil, özü də çox vaxt İranı idarə edib”. FT yazıb ki, Mossad qrupun İran və Suriya ilə əlaqələrini öyrənməklə Livan “Hizbullah” hərəkatına casuslar daxil edə bilib. Qəzetin həmsöhbətlərindən biri deyib ki, “Hizbullah” Suriyadakı vətəndaş müharibəsi üçün fəal şəkildə yeni döyüşçülər cəlb edirdi ki, bu da İsrail kəşfiyyatına bura casuslar daxil etmək imkanı verib.
//Samir Qurbanov, Editor.az