Mahmud Vaizi: “Tehran-Bakı münasibətlərinin inkişafı hər iki xalqın istək və maraqlarına uyğundur”backend

Mahmud Vaizi: “Tehran-Bakı münasibətlərinin inkişafı hər iki xalqın istək və maraqlarına uyğundur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Tehran-Bakı münasibətlərinin inkişafının hər iki xalqın istək və maraqlarına uyğun olduğunu deyib.

İRNA xəbər verir ki, o, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və İranın Azərbaycan-Ermənistan münaqişələrinin həllində daha fəal rol oynamağa hazır olduğunu bildirib.

Vaizi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında qeyd edib ki, “Tehran Bakının İran, Rusiya və Türkiyənin bölgədəki sülh və sabitliyin təmin edilməsində daha aktiv rol alması təklifini alqışlayır”.

O bildirib ki, Azərbaycanla münasibətimiz və fəaliyyətimiz əlaqələrin möhkəmləndirilməsinə, Azərbaycan dövlətinə və xalqına olan sevgimizi göstərməyə yönəlib.

Vaizi iki ölkə arasındakı razılaşmaların həyata keçirilməsinin də sevindirici olduğunu deyib.