Mahmudov vəzifədə olanda dəfələrlə bu ölkələrə gedib… – Siyahıbackend

Mahmudov vəzifədə olanda dəfələrlə bu ölkələrə gedib… – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov vəzifədə olduğu müddətdə bir çox ölkələrdə səfərdə olduğu üzə çıxıb.

Sabiq nazirin köməkçisi və MTN-də müxtəlif vəzifələr də işləmiş Vüqar Mahmudov öz səlahiyyətlərindən sui-istifadə edərək bir çox xarici ölkələrdə səfərdə olub.

Sabiq nazirin köməkçisi Vüqar Mahmudov 2004-cü ilin sentyabrın ayından etibarən dəfələrlə Almaniya Federativ Respublikasında, Türkiyə Respublikasında, Rusiya Federasiyasında, İspaniya krallığında, İsveçrə Konfederasiyasında, İtaliya Respublikasında, Fransa Respublikasında, Çex Respublikasında, İsrail Dövlətində, Birləşmiş Ərəb Əmirliklərində olub.

Vüqar Mahmudov dəfələrlə olduğu bu ölkələrə dövlət büdcəsindən ayrılan hesabına getdiyi məlum olub.

Onun ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul edildikdən sonra vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcə vəsaitlərinin mənimsənilməsi, hədə-qorxu yolu ilə tələb etmə və digər qeyri-qanuni əməllərlə sərvət toplaması müəyyən edilir.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.

//Teleqraf.com