Mahsun Kırmızıgül 14 il sonra geri dönürbackend

Mahsun Kırmızıgül 14 il sonra geri dönür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sonuncu albomu “Dinlə”ni 2006-cı ildə təqdim edən türkiyəli müğənni Mahsun Kırmızıgül yenidən sənətə qayıdır.

Editor.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib.

“Albom gözləyən dostlar, səsyazmalar iki ay öncə edilib. 14 il sonra musiqiyə qovuşmaq mənə yaşı təsir edəcək” deyə, o, bildirib.

Qeyd edək ki, M.Kırmızıgülün sənətdən uzaqlaşmasına səbəb onun film çəkmə istəyi idi. Müğənni rejissor kimi özünü sınayaraq “Güneşi gördüm”, “Nyu-Yorkda beş minarə”, “Bəyaz mələk”, “Mucize” kimi uğurlu filmlərə imza atıb.