Makron Aİ-ni Rusiya ilə dialoqu bərpa etməyə çağırıbbackend

Makron Aİ-ni Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqun yenidən başlanmasının Avropa üçün faydalı ola biləcəyini bildirib.

Editor.az xəbər verir ki, bu barədə məlumat Le Figaro qəzetində dərc olunub.

Makron bu açıqlamanı Avropa İttifaqı ölkələrinin Ukraynaya 90 milyard avro maliyyə vəsaiti ayırmaq barədə razılığa gəlməsindən sonra verib. Onun sözlərinə görə, yaxın həftələrdə Avropa dövlətləri Rusiya ilə tammiqyaslı dialoqu yenidən qurmağın yollarını və mexanizmlərini tapmalıdır.

Fransa lideri vurğulayıb ki, bu cür təmaslar Aİ ölkələri arasında təşkilatlanmış, koordinasiyalı və tam şəffaf şəkildə həyata keçirilməlidir. Makron qeyd edib ki, dialoqun bərpası həm Fransanın, həm də digər Avropa ölkələrinin maraqlarına uyğundur.

Xatırladaq ki, iyul ayında Vladimir Putin və Emmanuel Makron üç ildən sonra ilk dəfə telefon danışığı aparıblar. Danışıq zamanı liderlər Ukraynadakı vəziyyəti, İran və İsrail arasında gərginliyin artmasını, eləcə də ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələri müzakirə ediblər. Tərəflər Yaxın Şərqdə mövqelərin koordinasiyası məqsədilə əlaqədə qalmaq barədə razılığa gəliblər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün qısa və məzmunlu olduğunu bildirib. Eyni zamanda, Yelisey Sarayındakı mənbələr mediaya Parisin Moskva ilə dialoqu davam etdirmək niyyətində olduğunu təsdiqləyiblər.

//Gülnarə Abasova, Editor.az