Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Avropanın təhlükəsiz olması üçün rus qoşunlarının məğlubiyyəti zəruridir.
Editor.az bu barədə “Le Figaro” nəşrinə istinadla məlumat verir. Fransa lideri “Rusiyanın məğlubiyyəti Avropanın təhlükəsizliyi və sabitliyi üçün lazımdır”,- deyib. O, həmçinin qeyd edib ki, Avropa İttifaqı Ukraynaya orta və uzun mənzilli raketlərin tədarükü ilə bağlı “doqquzuncu dərin zərbə koalisiyasını” yaratmağa razılaşıb.
Makron bildirib ki, ölkəsi Rusiyanın xüsusi əməliyyatda qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcək.
Bundan əvvəl Fransanın Milli Ralli siyasi partiyasının prezidenti Marin Le Pen prezident Emmanuel Makronu Ukraynaya Avropa İttifaqı (Aİ) əsgərlərinin göndərilməsi ehtimalı ilə bağlı açıqlamalarına görə tənqid edib. O, həmçinin “bu cür bəyanatların ciddiliyindən hamının xəbərdar olub-olmaması” sualını verib. Həmçinin Parisdə Ukraynaya dəstək konfransında Emmanuel Makron bildirib ki, Ukraynanın Qərb müttəfiqləri Ukraynanı uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradırlar. Onun məlumatına görə, assosiasiya müdafiə qabiliyyətinə malik bütün dövlətləri cəlb etmək və Kiyevə yeni silahların tədarükünə başlamaq məqsədi ilə yaradılıb.
//Gülnarə Abasova, Editor.az

