Fransa Prezidenti Emmanuel Makron Argentina milli komandasının Qətərdə keçirilən dünya çempionatının finalında qazandığı qələbə münasibətilə təbrik edib.
Dövlət başçısının jurnalistlərə bəyanatı Yelisey sarayında “Twitter“ səhifəsində yayımlanıb.
“Bravo Argentina” deyən Makron üçüncü dəfə kuboku qazanan ölkəni “böyük futbol gücü” adlandırıb.
Eyni zamanda, prezident Fransa yığmasının məğlubiyyətinin dramatikləşdirilməməli olduğunu bildirib.
Fransa millisinin oyununu yüksək qiymətləndirən prezident 24 yaşlı hücumçu Kilian Mbappenin rolunu xüsusi qeyd edib.
“O, əla oyunçudur, çempionatın bombardiridir, onun gözəl gələcəyi var”, – deyə Makron bidirib.
Prezidentin sözlərinə görə, milli komanda bazar ertəsi Qətərdən qayıdarkən Yelisey meydanında təntənəli şəkildə qarşılanacaq.

