Makron baş nazirlə görüşdə hədə-qorxu gəldibackend

Makron baş nazirlə görüşdə hədə-qorxu gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Elizabet Born ilə görüşü zamanı Parlamentin Aşağı Palatasının (Milli Assambleyasının) buraxıla biləcəyi ilə hədələyib.

Makron son variantda pensiya islahatlarına dair qanun layihəsinə səsvermə nəticəsiz qalacağı təqdirdə buna qərar verilə biləcəyini deyib.

Bu barədə BFMTV telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Parlamentin Aşağı Palatasının buraxılmasının məqsədəuyğunluğu ilə bağlı məsləhətləşmələr martın 16-da davam edəcək. Hakimiyyət qanunda nəzərdə tutulmuş müxtəlif addımları nəzərdən keçirir.

Qeyd edildiyi kimi, hökumət ikipalatalı parlamentdə səsvermə olmadan islahatların aparılmasına imkan verən konstitusiyanın müddəalarına istinad edə bilər. Hazırda Fransa hakimiyyəti “deputatları islahatın qəbuluna səsvermənin zəruriliyinə inandırmağa çalışır”.