Makron daha bir çirkin simasını göstərdi: Senat isə erməniləşdibackend

Makron daha bir çirkin simasını göstərdi: Senat isə erməniləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.

Bundan əlavə, qətnamə layihəsində milyonlarla azərbaycanlının 30 illik işğal ərzində fundamental insan hüquqlarından məhrum olunduqları, müharibə cinayətlərinə məruz qaldıqları və digər faktların nəzərə alınmadığına, Azərbaycana isə təcavüzkar rolu ayrıldığına diqqət cəlb edilib.

Habelə, sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.

Senat həmçinin aşağıdakı tələbləri irəli sürüb.

Qətnamə layihəsində “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi” tələb olunub.

Layihə müəllifləri “Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını” tələb edirlər.

Bununla yanaşı, Fransa hökumətinə Dağlıq Qarabağda humanitar büro açmaq təklif edilir.

Təkliflər arsında qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqillyinin tanınması da yer alır.

Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında var.

Fransa parlamentinin aşağı palatası habelə, bu tələblərlə çıxış edib:

1) Azərbaycan hakimiyyət mənsublarının Fransadakı bütün əmlakı müsadirə edilsin

2) Azərbaycan 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra “işğal etdiyi Ermənistan ərazilərindən” dərhal geri çəkilsin

3. Müdafiə və silahlı qüvvələr sahəsində Ermənistana gərəkli yardımlar göstərilsin

… Beləliklə, qətnəmədəki “tələb”lərin idiotizmi və absurdu göz qarşısındadır.

Fransa Senatınnın mənsublarpı erməni diasporunun maliyyəsinə uyaraq “ermənilərin müraciətlərini” nəzərə aldıqlarını deyirlər. Lakin azərbaycanlıların Fransa xalqına və Senatına müraciətini, bu sənədi imzalayan 128 min nəfəri gözardı edirlər.

Və yenə də təkrarlayaq: bu gün, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipini pozan qərəzli və ədalətsiz qətnamə qəbul edərək, beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar etinasızlıq nümayiş etdirdi. Bu qətnamədə Azərbaycan “Ermənistana qarşı hərbi təcavüzdə” ittiham olunur. O, həmçinin hökuməti Bakıya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq etməyə çağırır.

Son iki ildə bu, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi üçüncü qətnamədir. 2020-ci il noyabrın 25-də Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan əraziləri azad etdikdən bir neçə gün sonra Fransa Senatı Xankəndindəki separatçı rejimin “müstəqilliyinin” tanınması ilə bağlı qətnamə qəbul edib. 2020-ci il dekabrın 3-də Fransa parlamentinin yuxarı və aşağı palataları “birləşərək” Azərbaycan əleyhinə qətnamə qəbul ediblər.

Fransa parlamentinin Azərbaycana qarşı ardıcıl qətnamələr qəbul etməsinin Yelisey sarayı ilə razılaşdırıldığı şübhəsizdir. Fransa Konstitusiyasına görə, təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri birbaşa hökumətin, daha doğrusu, prezidentin özünün səlahiyyətindədir. Azərbaycanla bağlı qəbul edilən qətnamələr birbaşa Fransa dövlətinin xarici siyasəti ilə bağlı məsələlərə aiddir, ona görə də bu sənədlərin arxasında Yelisey sarayının olmadığına heç kəsi inandırmaq mümkün deyil.

Məlumdur ki, təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərinə aid olan bütün qətnamə layihələri əvvəlcə Yelisey sarayına göndərilir və yalnız ən yüksək orqanlar tərəfindən təsdiq edildikdən sonra Senatda qeydə alınır və layihənin müzakirəsi prosedurları müəyyən edilir. ölkə parlamenti işə başlayır. Hazırkı qətnamə layihəsi bu ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş irimiqyaslı toqquşmalardan dərhal sonra Fransa Senatının hakim fraksiyasına daxil olan senatorlar tərəfindən təklif edilib.

Bugünkü səsvermə ərəfəsində Ermənistan parlamentinin vitse-spikeri və xarici işlər naziri bir-birinin ardınca Parisə səfər ediblər. Şübhəsiz ki, bu səfərlərin məqsədi digər məsələlərlə yanaşı, Azərbaycana qarşı qətnamə layihəsinin qəbulu üçün lobbiçilik etmək idi. Qətnamənin səsə qoyulmasına iki gün qalmış Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək Frankofoniya sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyini bəyan edib, həmçinin “bitərəf”liyini və obyektivliyini qoruyacağı barəd yalan danışıb, saxta vədlər verib.

O, “Ermənistan və Azərbaycan arasında sülh prosesinə töhfə vermək” arzusunu ifadə edib. Heç kimə sirr deyil ki, Makronun vədlərinə Bakıda uzun müddətdir ki, etibar edilmir. Çünki Fransa prezidentinin “neytral vasitəçilik”lə bağlı sözlərinin arxasında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik durur.

Əslində Avropa çoxdan anlayıb ki, Makron həm Ukraynada müharibənin dayandırılmasında, həm də Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında uğursuz vasitəçi olub. Bir gün əvvəl Londonda yerləşən “Globe Echo” yazıb ki, Makronun özünü “bir çox diplomatik uğurlara imza atmış” uğurlu rezident kimi təqdim etmək cəhdlərinə baxmayaraq, onun ambisiyasının nəticələri mübahisəlidir.

Belədirsə, Bakıda Makronun vasitəçiliyinə böyük şübhə ilə yanaşılması təəccüblüdür?

Göründüyü kimi, Makron hakimiyyətə gəldikdən sonra Fransanın “Azadlıq, bərabərlik, qardaşlıq” şüarı deqradasiyaya uğrayıb və ən yaxşı halda katolik xristianlara münasibətdə tətbiq oluna bilər. Ölkədə tüğyan edən irqçilik, antisemitizm, anti-azərbaycançılıq, türkfobiya və islamofobiya meyillərin fonunda Fransa hökuməti öz mədəniyyətinin fundamental dəyərlərinə çox seçici yanaşır.

Fransa Senatı bu qətnaməni qəbul etməklə Azərbaycanla münasibətlərə sarsıdıcı zərbə vurdu. Hazırkı qətnamə ölkələr arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə”yə birbaşa ziddir. Belə qərəzli ittihamlar əsasında qəbul edilmiş qətnamənin qəbulundan sonra Fransa ilə Azərbaycan arasında hansı dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmadan söhbət gedə bilər?!

Fransanın Azərbaycana qarşı düşmən münasibəti təkcə parlamentin mövqeyində ifadə olunmur. Məlum olduğu kimi, Fransadakı radikal erməni qruplaşmaları Azərbaycanın Parisdəki səfirliyinə dəfələrlə hücumlar təşkil etsə də, Fransa tərəfi heç vaxt bu hücumların qarşısını almaq üçün tədbir görməyib, bununla da Vyana Konvensiyasından irəli gələn öhdəlikləri pozub. Əksinə, Fransa diplomatik nümayəndəliyə qarşı törədilən erməni vandalizminə birbaşa və ya dolayısı ilə dəstək verdi.

Heç kimə sirr deyil ki, Ermənistan-Azərbaycan münaqişəsinin otuz ilə yaxın danışıqlara baxmayaraq, 2020-ci ilin payızına kimi həll edilməməsinin səbəblərindən biri də Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın “vasitəçilik” səyləri olub. status-kvonun saxlanmasına yönəlib.

Fransa indiki qətnamədən sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında özünü vasitəçi adlandırmağa necə davam edə bilər? Paris Azərbaycana qarşı düşmənçilik mövqeyində o qədər irəli gedib ki, qətnamə layihəsində Azərbaycan qoşunlarının Laçın dəhlizi ərazisindən çıxarılması tələbi də yer alıb. Söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən gedir və bu tələb sərsəmlik zirvəsidir. Hətta Ermənistan heç vaxt Azərbaycan qoşunlarının Laçın dəhlizindən çıxarılmasını xahiş etməyib!

Amma Fransa Senatının üzvləri “ermənilərin özündən də böyük erməni” olmağa çalışırlar.

Qətnamədə səslənən Azərbaycanın hərbi cinayətlərdə və beynəlxalq humanitar hüququn pozulmasında ittiham edilməsi ikiüzlülük apoteozu deyilmi? Bu arada Azərbaycana qarşı bu ittihamları səsləndirən Fransanın özünün keçmişi çoxsaylı insanlığa qarşı cinayətlərlə zəngindir. Fransanın 50-dən çox ölkəni işğal edərək öz müstəmləkəsinə çevirməsi, sərvətlərini talayıb, xalqını uzun illər əsarətə salması Azərbaycana qarşı uydurulmuş ittihamlardan fərqli olaraq tarixi faktdır. Deyəsən, Fransanın bu hərəkətləri heç kimin yadına düşmür, tarixin arxivində qalıb. Amma elə deyil. Fransanın istila etdiyi ölkələrdə törətdiyi vəhşiliklər, insanlığa qarşı cinayətlər və qanlı müharibələr hələ də beynəlxalq ictimaiyyət tərəfindən pislənir. Bunu unutmaq olmaz, çünki Fransanın bir çox cinayətləri o qədər də uzaq olmayan keçmişdə törədilib.

…132 il ərzində Əlcəzairi qan gölündə boğan, 1,5 milyondan artıq əlcəzairlini xüsusi amansızlıqla qətlə yetirən Fransa “insan haqları”ndan danışır.

Liviya, Çad, Burkina-Faso, Mali, Mərkəzi Afrika Respublikası və daha neçə ölkədə vətəndaş müharibələrinə, qırğınlara və çevrilişlərə səbəb olan “sülhməramlı vasitəçilik” fəaliyyətini deyəsən, Cənubi Qafqazda da davam etdirmək istəyən Fransa indi ermənilərə dəstək verir.

Lakin Ermənistanın hakimiyyət dairələri unudurlar ki, Fransanın dövlət başçısı, özünü “əsl qall xoruzu” kimi göstərmək istəyən Emmanuel Makronun indiyədək himayə etdiyi bütün dövlət və hökumət başçılarını sonu faciəli olub.

Milli.az