Makron Əlcəzairdən üzr istəməyə lüzum görmürbackend

Makron Əlcəzairdən üzr istəməyə lüzum görmür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron müstəmləkəçilik dövrünə görə Əlcəzair xalqından üzr istəməsini yaxşı ideya hesab etmir 

Editor.az bildirir ki, bu barədə o, “Le Point” jurnalına müsahibəsi zamanı deyib: “Mən bağışlanma istəməyə lüzum görmürəm, məsələ bu deyil. Çünki bu jest bütün əlaqələri qıra bilər. Fikrimcə, ən pisi isə budur ki, üzr istəyir və sonra hər birimiz öz yolumuzla gedirik”, – Fransa prezidenti bildirib.

2020-ci ildə fransız tarixçi və Şimali Afrika üzrə ekspert Benjamin Stora Əlcəzair və Fransanı barışdırmaq üçün üzr istəməyi tövsiyə edən bir hesabat dərc etmişdi.

“Müharibə oldu, qurtardı. Üzr istəsən də, istəməsən də, heç nəyi düzəldə bilməzsən” – deyən Macron Əlcəzair prezidenti Abdelmacid Tebbunanı bu il Fransaya səfərə dəvət edib.

Xatırladaq ki, Fransa ilə Əlcəzair arasında münasibətlər 2021-ci ilin oktyabrında pisləşib.

Lakin bu münasibətlər 2022-ci ilin avqustunda Fransa liderinin Əlcəzairə səfərindən sonra yaxşılaşmağa başlayıb.

//Samir Qurbanov,Editor.az