“Makron Fransanı işğalçı Ermənistanın səviyyəsinə endirib”backend

“Makron Fransanı işğalçı Ermənistanın səviyyəsinə endirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Fransızlar bunun fərqində olmalı və Makrondan hesab sormalıdırlar. Fransız xalqı Makrona etimadsızlıq göstərməlidir”
“Qondarma rejimin müstəqilliyinin” tanınmasına dair qanun layihəsinin Fransa Senatına təqdim edilməsi bu ölkənin mövcud hakimiyyətinin adekvat olmadığını və Fransa prezidentinin siyasətdə naşı olduğunu göstərir”.
Bu barədə “Şərq”ə açıqlamasında Milli Həmrəylik Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, Fransa hazırda özünü ciddi dövlət kimi aparmır:
“Fransa Senatına layihə təqdim edən deputatlar ilk baxışdan Fransa prezidenti Emmanuel Makrona rəqib siyasi qüvvələr sayılsalar da, həqiqətdə onlar Makronla eyni mövqedən çıxış edirlər. Bu, öncədən razılaşdırılmış bir siyasi oyundur, siyasi kombinasiyadır. Makron Azərbaycana öz siyasi rəqiblərinin əliylə təzyiq göstərməyə çalışır. Makron Fransanın maraqlarını öz şəxsi ambisiyalarına, hikkəsinə qurban verdiyinə görə, gələcəkdə ölkəsinə baha başa gələ biləcək çox riskli addımlar atır. Makron hazırda tam şəkildə erməni lobbisinin nəzarəti altına düşüb. Erməni lobbisi onu kukla kimi idarə edir. Məhz erməni lobbisinin diktəsi altında Makron Azərbaycana qarşı bu cür addıma razılıq verib. Bu cür düşünülməmiş siyasi addımlar Fransanın imicini zədələyir. Fransa ədalətli ölkə, demokratiyanın beşiyi kimi mənəvi-siyasi statuslarını itirir, gözdən düşür və pirat ölkəyə, siyasi quldurluqla məşğul olan ölkəyə çevrilir. Fransa bu cür quldur davranışı ilə həm də üzv olduğu BMT-nin Nizamnaməsini ayaqlar altına atmış olur”.
Politoloqun fikrincə, Makron bu gedişlə Fransanı bir dünya super gücü olmaq statusundan məhrum edib, “ikinci eşalon” ölkələrindən birinə çevirəcək:
“Özünü “yeni dövrün Napoleonu” ampluasında görən Makron Fransa kimi bir dünya nəhəngini uğursuz Ermənistanın müttəfiqi səviyyəsinə endirib. Fransızlar bunun fərqində olmalı və Makrondan hesab sormalıdırlar. Fransız xalqı Makrona etimadsızlıq göstərməlidir. Əks halda Fransanı yaxın gələcəkdə çox ağır siyasi-iqtisadi karaklizmlər gözləyir. Bilirik, Makron və bəzi Senat üzvləri Rusiya və Türkiyənin son dövrlərdə Qarabağ məsələsinin həlli ilə  bağlı irəli sürdükləri təşəbbüslərin və mexanizmlərin müsbət nəticələr verməsini heç cürə həzm edə bilmirlər. Minsk Qrupunun həmsədrlərindən biri kimi “oyundankənar” vəziyyətdə qalmasını Makron və bəzi senatorlar özlərinə bağışlamırlar. Əgər Fransa bu gün bu prosesdən kənarda qalıbsa, Makron özünü suçlasın. O, Fransanın həmsədr ölkə olduğunu unutdu, bitərəfliyi, neytrallığı bir kənara qoydu və çox açıq şəkildə münaqişənin tərəflərindən birinin – işğalçı Ermənistanın tərəfini tutdu.
Bu Makronun öz siyasi karyerasındakı ən böyük və bağışlanmaz səhvi idi”.