“Qərbi Azərbaycan İcması gözlədiyimizdən də fəal və hadisələri qabaqlayan şəkildə işləyir”.
Bu sözləri Editor.az-a Qərbi Azərbaycan İcmasının verdiyi bəyanatla bağlı danışarkən politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda Qərbi Azərbaycan İcması yeganə qeyri-hökumət təşkilatıdır ki, qabaqlayıcı və ağıllı siyasət yürüdür:
“Buna görə də Fransa haqqında verilən bəyanat Fransanın iç üzünü açır və siyasi cəhətdən onları darmadağın edir. Fransa Qafqaza girmək istəyir və Ermənistan-Rusiya qarşıdurması yaratmaq niyyətindədir. Bunun əsas səbəbi ABŞ-dan alınan tapşırıqdır. Çünki Makron Baydenin “uşağıdır”. İkinci səbəb isə Makronun özünü Şarl De Qoll kimi hiss etməsidir. Çünki Fransanın prezidenti olmuş Şarl De Qollun ölkəsinin hər yerdə öndə olması ilə bağlı fikir bildirirdi. 1958-ci ildən bu siyasət gündəmə gəlsə də Makron Şarl De Qollun yerişini yerimək istərkən Fransanı pis günə qoydu.
Makronun yürütdüyü siyasət dağıdıcıdır. Lakin Ermənistan Azərbaycana heçnə edə bilməz. Azərbaycanın çox güclü partnyorları var, biz haqq işimizi həyata keçiririk. Ermənistanın yanında kimin olmasından asılı olmayaraq bir dövlət kimi tükənir”.
//Səbinə Hüseynli, Editor.az

