Makron “gah nala, gah da mıxa vurur”backend

Makron “gah nala, gah da mıxa vurur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya lideri Vladimir Putin Ukraynada törətdiyi hərbi cinayətlərə görə mühakimə olunmalıdır.

Editor.az bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron CBS News-a müsahibəsində bildirib. Makron bildirib ki, Rusiyanın mülki infrastruktura raket hücumları müharibə cinayətidir. “Bu, müharibə cinayətidir”.

Jurnalistin Putinin bu cinayətlərə görə cavabdehlik daşımalı olub-olmaması ilə bağlı sualına Makron belə cavab verib: “Biz müharibə cinayətlərinə dair bütün sübutları toplamalıyıq. Ukraynaya polis və ekspertlər göndərməklə bunu edirik… Biz bütün qanuni işə başlamalıyıq. Buna görə cavabım “bəli”dir.” Bununla yanaşı, Makron Putinlə açıq dialoqun davam etdirilməsinin zəruriliyində israr etməkdə davam edir.

//Samir Qurbanov, Editor.az