Makron Kiyevdən Trampa zəng edib, həmin anlar kameraya belə düşüb- VİDEObackend

Makron Kiyevdən Trampa zəng edib, həmin anlar kameraya belə düşüb- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın milli ictimai yayımçısı “France” kanalı 20 yanvar tarixində “Müharibə, Donald Tramp və biz” adlı sənədli filmi nümayiş etdirəcək. Film 2025-ci ildə baş verən hadisələrə həsr olunub və 100 dəqiqəlik ekran işində indiyədək yayımlanmamış, pərdəarxası görüntülər yer alır. Kadrlar 10 may tarixində Kiyevdə keçirilmiş görüşlər zamanı çəkilib.

Həmin gün Ukrayna paytaxtında “istəkli ölkələr koalisiyası” çərçivəsində Avropa liderlərinin toplantısı keçirilib. Görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak edib.

Musavat.com xəbər verir ki, filmin təqdimatı ərəfəsində kanal Makronun Kiyevdən ABŞ prezidenti Donald Trampa zəng etdiyi anları yayımlayıb.

Yayımlanan dialoqda Makron Trampa zənginin erkən saata təsadüf etməsinə görə üzr istəyir və bir neçə dəqiqədən sonra  Zelenski, eləcə də Böyük Britaniya və Almaniya liderləri ilə birlikdə yenidən əlaqə saxlayacağını bildirir. Makron Trampa deyir ki, Zelenski onun mesajında irəli sürülən 30 günlük atəşkəs təklifi ilə razılaşıb və bunu elan etməyə hazırdır.

Tramp bu məlumatı dəqiqləşdirərək Zelenskinin təklifi tam qəbul edib-etmədiyini soruşur. Makron bunu təsdiqlədikdən sonra Tramp zarafatla “Bu, Nobel mükafatına layiqdir” deyə cavab verir.

Sənədli filmdə yer alan bu kadrlar Ukraynada mümkün atəşkəs təşəbbüslərinin pərdəarxasını və Qərb liderləri arasında aparılan qeyri-rəsmi diplomatik təmasları açıq şəkildə göstərir.